Azərbaycanlı turistləri daşıyan avtobus Misirdə qəzaya uğrayıb, yaralananlar var
Misirin şərqində, Ras-Sidr şəhəri yaxınlığında baş vermiş avtobus qəzasında üç azərbaycanlı turist də daxil olmaqla azı 41 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Fhnews.az xəbər verir ki, bu barədə “Cairo24” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Rusiya, Qazaxıstan və Ukraynadan olan turistlər də xəsarət alıblar. Yaralılar artıq xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat verilmir.
Faktla bağlı araşdırma aparılır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...