2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Azərbaycanlı jokey Fransada beynəlxalq yarışın qalibi olub

04-06-2024
IMG

Atçılığın dresaj növü üzrə Azərbaycan millisinin üzvü Aqata Zəhrabəyova Fransanın Le Mans şəhərində keçirilən CDİP kateqoriyalı beynəlxalq yarışın qalibi olub.

Fhnews.az xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasından verilən məlumata görə, yarışın final mərhələsinə yüksələn təmsilçimiz rəqiblərini 75,9 faizlik balla qabaqlayaraq kubokun sahibi olub.

İlin sonunadək daha bir neçə beynəlxalq turnirdə iştirak etməsi planlaşdırılan A.Zəhrabəyova təlimlərini Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Almaniyanın Düsseldorf şəhərində davam etdirir.

Qeyd edək ki, yarışda ümumilikdə 21 ölkə təmsil olunub.

Paylaş: