Azərbaycanın yunan-Roma güləşçisi Paris Olimpiadasına qələbə ilə başlayıb
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fhnews.az xəbər verir ki, 130 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda estoniyalı Heyki Nabi ilə qarşılaşıb. Rəqibinə sonuncu xal (1:1) prinsipinə əsasən qalib gələn S.Şəriəti 1/4 finala vəsiqə qazanıb.
Bu gün, həmçinin digər yunan-Roma güləşçimiz Murad Məmmədov (60 kiloqram) mübarizəyə qoşulacaq. Onun 1/8 finaldakı rəqibi ekvadorlu Rayber Joze Rodriges Orosko olacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...