Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatında mübarizəyə başlayırlar
Azərbaycanın dörd yunan-Roma güləşçisi bu gün Albaniyanın paytaxtı Tirana şəhərində start götürəcək dünya çempionatında mübarizəyə başlayacaq.
Fhnews.az xəbər verir ki, 55 kiloqramda çıxış edən Eldəniz Əzizli 1/8 finalda Bayram Sina ilə qarşılaşacaq. Nihat Məmmədli (63 kiloqram) ABŞ təmsilçisi İldar Hafizovla münasiblərini aydınlaşdıracaq.
Ülvü Qənizadə (72 kiloqram) 1/8 final mərhələsində Otar Abuladze (Gürcüstan) - Dariuş Atilla Vitek (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək.
82 kiloqram çəkidə xalça üzərinə çıxacaq Qurban Qurbanov isə albaniyalı Kevin Kupi ilə görüşəcək.
Qeyd edək ki, dünya çempionatına oktyabrın 31-də yekun vurulacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...