Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 4 medal qazanıblar
Oktyabrın 8-dən 13-dək Xorvatiyanın Poreç şəhərində veteran güləşçilərin dünya çempionatı keçirilib.
Fhnews.az xəbər verir ki, mundialda Azərbaycanın 4 təmsilçisi fəxri kürsüyə qalxıb. A kateqoriyasında sərbəst güləş üzrə Cəlal Süleymanov (62 kiloqram) və Elçin Həsənov (70 kiloqram), yunan-Roma güləşi üzrə Elgiz Məmmədov (100 kiloqram) bürünc medal qazanıb. C kateqoriyasında isə sərbəst güləşdə Cəlal Abdulov (130 kiloqram) dünya üçüncüsü olub.
Mundialda III dərəcəli beynəlxalq hakim Kamran Baxışovla milli dərəcəli hakim Qədim Qurbanov ədaləti qoruyub. Baxışov II, Qurbanov isə III kateqoriyaya yüksəlmək üçün imtahan verib.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...