Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında mübarizə aparacaqlar
Azərbaycanın veteran cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.
Fhnews.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yarışda ölkəmiz 8 yaş kateqoriyası üzrə 30 idmançı ilə təmsil olunacaq.
Həmçinin turnirdə Azərbaycanın “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.
Qeyd edək ki, iyunun 6-9-da təşkil olunacaq qitə birinciliyində 35 ölkədən 800 cüdoçu mübarizə aparacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...