Azərbaycanın üç cüdoçusu Avropa çempionatında finala yüksəlib
Estoniyanın paytaxtı Tallin şəhərində gənc cüdoçular arasında Avropa çempionatına start verilib.
Fhnews.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın üç cüdoçusu finala yüksəlib.
Kişilər arasında Nizami İmranov (60 kiloqram), qadınların mübarizəsində isə Könül Əliyeva (52 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) həlledici görüşə vəsiqə qazanıblar.
Onlar qızıl medal uğrunda görüşdə müvafiq olaraq, ukraynalı Nazar Viskov, türkiyəli Zilan Ərtəm və gürcüstanlı Nino Loladze ilə qarşılaşacaqlar.
Qeyd edək ki, Azərbaycanın 16 cüdoçu ilə təmsil olunduğu Avropa çempionatına sentyabrın 8-də yekun vurulacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...