Azərbaycanın Türk Dövlətləri Təşkilatı enerji nazirlərinin 4-cü iclasında təmsil olunacaq
Azərbaycanın energetika naziri Pərviz Şahbazov sentyabrın 16-da Qırğız Respublikasının paytaxtı Bişkekdə keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 4-cü iclasında iştirak edəcək.
Energetika Nazirliyindən verilən məlumata görə, İclasda TDT-yə üzv və müşahidəçi ölkələr arasında energetika sahəsində qarşılıqlı fəaliyyət, “TDT-nin Enerji Əməkdaşlığı üzrə Proqramı (2023-2027)” sənədi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.
Səfər çərçivəsində nazirin ikitərəfli görüşləri də nəzərdə tutulur.
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...
Bayram günlərində qatarlarla daşınan...
“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu...
Bayram günlərində bölgələrə və əks...