Azərbaycanın stolüstü tennisçiləri Fransada keçirilən turnirə qatılıblar
Azərbaycanın stolüstü tennisçiləri Fransanın Şiltiqheym şəhərində təşkil olunan “Euro Mini Champs” turnirinə qatılıblar.
Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Onur Quluzadə və Yağmur Məmmədli 2011-2012-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarışda qüvvələrini sınayırlar.
Turnirdə qitənin ümumilikdə 224 stolüstü tennisçisi bacarığını göstərir.
Bu gün start götürən yarışa avqustun 25-də yekun vurulacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...