Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda Qran-pri mükafatına layiq görülüb
Azərbaycanın “Simurq” muğam ansamblı avqustun 26-dan 30-dək Özbəkistanın Səmərqənd şəhərində keçirilən XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının Qran-pri mükafatına layiq görülüb.
Fhnews.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Özbəkistan Respublikası Mədəniyyət Nazirliyi, UNESCO, ICESCO və TÜRKSOY-un tərəfdaşlığı ilə gerçəkləşən builki festivala 80-ə yaxın ölkədən 300-dən çox nümayəndə qatılıb.
Tanınmış xanəndə Mirələm Mirələmov və instrumental heyət – Zəki Vəliyev (tar), Elnur Mikayılov (kamança), Əməkdar artist Kamran Kərimov (nağara), İdris Hüseynov (ud) və Anar Vəlizadədən (balaban) ibarət “Simurq” muğam ansamblı möhtəşəm ifası ilə Azərbaycana dünyaşöhrətli festivalın üçüncü dəfə baş mükafatını qazandırıb.
Türkiyənin müdafiə nazirinin rəhbərlik...
Mədəniyyət Nazirliyinin sistemindəki...
Heydər Əliyev Mərkəzində "Qəlbim...
Azərbaycan Bolonya Beynəlxalq Uşaq Kitab...
Bu gün Ümumdünya Gülüş Günüdür...