Azərbaycanın kapoeyra millisi Avropa çempionatında birinci yeri tutub
Azərbaycanın kapoeyra millisi Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatını uğurla başa vurub.
Fhnews.az xəbər verir ki, Azərbaycan Kapoeyra Federasiyasından verilən məlumata görə, yığma üzvləri 6 qızıl, 2 gümüş, 3 bürünc olmaqla ümumilikdə 11 medal qazanıblar.
Fikrət Dadaşov, Cəfər Usubov, Dilqəm İsmayılov, Fərid Allahverdiyev, Mehriban Hacıbabayeva və Fərid Səlimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gülçöhrə Abbasova, Asya Atayeva ikinci, Səid Şahyarov, Əli Tağızadə və Xədicə Zeynallı üçüncü sırada yer alıblar.
Bu nəticədən sonra milli komanda yarışda medal əyarına görə ümumi hesabda birinci yerə layiq görülüb.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...