Azərbaycanın iki güləşçisi dünya çempionatında qızıl medal qazanıb
Azərbaycanın iki güləşçisi İordaniyanın Əmman şəhərində 17 yaşadək yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanıb.
Fhnews.az xəbər verir ki, Turan Daşdəmirov (51 kiloqram) finalda qırğızıstanlı Kutman Kalbayevə 5:3 hesabı ilə qalib gələrək ikinci dəfə dünya çempionu olub. Beləliklə, Daşdəmirov U-17 yaş qrupunda mübarizə apardığı 2 il ərzində maksimum nəticəyə imza ataraq ikiqat Avropa və ikiqat dünya çempionu ünvanına sahib çıxıb. O, həm də 2022-ci ildə U-15 Avropa çempionatının qalibi olub.
Ayxan Cavadov (60 kiloqram) isə finalda gürcüstanlı Vaxtanq Loluaya 4:1 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cavadov bu il qitə birinciliyində də baş mükafata sahib çıxmışdı.
Beləliklə, yeniyetmələrdən ibarət yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-17 dünya çempionatını 2 qızıl və 1 bürünc medalla başa vurub.
Xatırladaq ki, ötən gün Əmrah Əmrahov (48 kiloqram) dünya üçüncüsü olub.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...