2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Azərbaycanın iki boksçusu Bolqarıstanda finala yüksəlib, ikisi bürünc medal qazanıb

02-03-2025
IMG

Azərbaycan millisinin iki boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq “Strandja” turnirində finala yüksəlib.

Azərbaycanın Boks Federasiyasından verilən məlumata görə, Zəlimxan Süleymanov (57 kiloqram) və Zaur Qəhrəmanov (67 kiloqram) yarımfinal döyüşlərini qələbə ilə başa vurublar.

Z. Süleymanov finala gedən yolda Giorgi Kapanadze (Gürcüstan) ilə döyüşüb. Görüş boksçumuzun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. O, qızıl medal uğrunda qarşılaşmada Xujanazar Nortojyevlə (Özbəkistan) üz-üzə gələcək.

Z. Qəhrəmanov Demur Kajayadan (Gürcüstan) güclü olub. O, 5:0 hesabı ilə qalib gəlib. Təmsilçimiz finalda Torexan Sabirxanla (Qazaxıstan) gücünü yoxlayacaq.

Digər boksçularımızdan Nicat Hüseynov (51 kiloqram) və Nəbi İsgəndərov (67 kiloqram) yarımfinalda məğlub olduqları üçün turniri bürünc medalla başa vurublar. Hüseynov Daniyal Sabitlə (Qazaxıstan) qarşılaşmanın ikinci raundunda zədələndiyindən döyüşü davam etdirə bilməyib. İsgəndərovun Torexan Sabirxanla (Qazaxıstan) görüşündə isə rəqib 3:2 hesabı ilə qələbə qazanıb.

Paylaş: