Azərbaycanın güləş yığmaları dünya çempionatına Bakıda hazırlaşır
Güləş üzrə Azərbaycan milli komandaları Bakıda təlim-məşq toplanışı keçir.
Federasiyadan verilən məlumata görə, qadınlardan ibarət yığma sentyabrın 30-dan hazırlıq prosesinə start verib. Toplanış oktyabrın 21-dək davam edəcək. Yunan-Roma güləşi üzrə milli oktyabrın 7-də bir araya gəlib. Bu komandanın toplanışı 20 gün davam edəcək. Sərbəst güləşçilər isə sabahdan hazırlıq prosesinə başlayacaq.
Böyüklərdən ibarət komandalar məşqlərini Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçir. Taktiki-texniki çalışmalara üstünlük verilən toplanış U-23 (21-27 oktyabr) və böyüklərin dünya çempionatına (28-31 oktyabr) hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, hər iki yarış Albaniyanın paytaxtı Tiranada keçiriləcək.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...