Azərbaycanın daha bir sərbəst güləşçisi reytinq turnirində mübarizəyə qoşulur
Bu gün Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində mübarizəyə qoşulacaq.
Fhnews.az xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində çıxış edən Turan Bayramov xalça üzərinə çıxacaq. Onun ilk rəqibi iranlı Əliabbas Rezayeyaquzgele olacaq.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın sərbəst güləşçilərindən Maqomedxan Maqomedov (97 kiloqram) gümüş, Hacı Əliyev (65 kiloqram) isə bürünc medal qazanıb. Milli komanda iyunun 9-dək davam edəcək reytinq turnirində 14 güləşçi ilə təmsil olunur.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...