Azərbaycanın daha bir gimnastı Balkan Kubokunda birinci yeri tutub
Azərbaycanın daha bir bədii gimnastı Zəhra Cəfərova Monteneqronun Budva şəhərində keçirilən Balkan Kubokunda qızıl medal qazanıb.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yığma üzvü top, lent və çoxnövçülük proqramları üzrə birinci yerin sahibi olub.
Daha əvvəl milli komandanın digər gimnastı Şəms Ağahüseynova da eyni proqramlar üzrə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Sentyabrın 26-sı start götürən yarışa ayın 29-u yekun vurulacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...