Azərbaycanın çimərlik voleybolçuları Ermənistanı məğlub ediblər
Azərbaycanın kişilərdən ibarət çimərlik voleybolçuları Gürcüstanın Tbilisi şəhərində təşkil olunan Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında ilk oyununu keçiriblər.
Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, yığma Ermənistan təmsilçiləri ilə qarşılaşıb. Heydər Məmmədli ilə Nəriman Bayramlı cütü hər iki hissəni üstün başa vuraraq 2:0 (21:15, 21:13) hesabı ilə qalib qəlib.
Qeyd edək ki, Azərbaycan millisi növbəti görüşdə Ukrayna voleybolçuları ilə üz-üzə gələcək.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...