Azərbaycanın çimərlik voleybol milliləri Avropa çempionatında iştirak edəcəklər
Azərbaycanın 18 yaşadək oğlan və qızlardan ibarət çimərlik voleybolu üzrə milliləri Avropa çempionatında iştirak edəcəklər.
Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, təmsilçilərimiz yarışın keçiriləcəyi Gürcüstanın Kaçreti şəhərinə yola düşüblər.
İyulun 10-14-də baş tutacaq çempionatda ölkəmiz bir qız (Səbinə Əlizadə/Lizi Latsabidze) və bir oğlan (Nəriman Bayramlı/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.
Qeyd edək ki, oğlanlardan ibarət komanda mübarizəyə əsas, qızlarımız isə təsnifat mərhələsindən qoşulacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...