Azərbaycanın boks millisi “BRİCS Sports Games Kazan 2024”də tam heyətlə çıxış edəcək
Kişi boksçulardan ibarət Azərbaycan millisi Tatarıstanın paytaxtı Kazana yollanıb.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığmamız “BRİCS Sports Games Kazan 2024” beynəlxalq multi-idman yarışında iştirak edəcək.
Turnirdə milli komanda tam heyətlə mübarizə aparacaq. Məşqçilər korpusu "BRİCS Sports Games Kazan 2024”də Tural Sarıyev (48 kiloqram), Məsud Yusifzadə (51 kiloqram), Amin Məmmədzadə (54 kiloqram), Ümid Rüstəmov (57 kiloqram), Maqsud Xasmetov (60 kiloqram), Ruslan Rüstəmov (63,5 kiloqram), Nəbi İsgəndərov (67 kiloqram), Cavid Çələbiyev (71 kiloqram), Mirşərif Kazımzadə (75 kiloqram), Fəqan Məmmədov (80 kiloqram), Seyid Seyidov (86 kiloqram), Vətən Hüseynli (92 kiloqram) və Yohannes Nuriyevə (+92 kiloqram) şans verəcək.
Qeyd edək ki, multi-idman turnirində boks yarışları iyunun 19-22-də keçiriləcək.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...