Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə çıxış edəcəklər
Azərbaycanın bədii gimnastları San Marino Respublikasının Serravalle şəhərində keçiriləcək “San Marino Cup” yarışında iştirak edəcəklər.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, turnirdə məşqçilər Ukleina Valentina və Ruslan Eyvazovun rəhbərliyi ilə böyüklərdən İlona Zeynalova, gənclərdən isə Şəms Ağahüseynova çıxış edəcəklər.
Yarışda ölkəmizi hakimlər arasında Aysel Həsənova təmsil edəcək.
“San Marino Cup” yarışı sentyabr 7-8-də baş tutacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...