Azərbaycanın avarçəkəni dünya çempionatında iştirak edəcək
Azərbaycanın avarçəkmə üzrə millisinin üzvü Paşa Əsgərov Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənclər arasında keçiriləcək dünya çempionatında iştirak edəcək.
Fhnews.az xəbər verir ki, Azərbaycan Kanoe və Avarçəkmə federasiyasından verilən məlumata görə, iyulun 17-dən 21-ə qədər davam edəcək yarışda idmançılar kanoe, kayak, akademik avarçəkmə üzrə 200, 500 və 1000 metr məsafə üzrə güclərini sınayacaqlar.
Qeyd edək ki, beynəlxalq turnirdə 64 ölkədən 1000-ə yaxın idmançı iştirak edəcək.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...