Azərbaycanın akrobatika gimnastları dünya yaş qrupları yarışlarında iştirak edəcəklər
Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Qimarayeş şəhərində keçiriləcək dünya yaş qrupları yarışlarında iştirak edəcəklər.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, turnirdə Dinara İbadova, Qəşəng Ağamoğlanlı, Ceyla Əlizadə, Diana Məmmədova, Safiya Babayeva, Firuzə Qasımzadə, Ayan Hacılı, Aylin Məmmədova, Jasmin Əliyeva, Nəzrin Zeyniyeva, Anahita Bəşiri və Zəhra Rəşidova mübarizə aparacaqlar.
İdmançılar 12-18 və 13-19 yaş üzrə qadın qrupları proqramında qüvvələrini sınayacaqlar.
Turnir sentyabrın 12-15-də təşkil olunacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...