Azərbaycanın 4 güləşçisi reytinq turnirində bürünc medal uğrunda mübarizə aparacaq
Xorvatiyada güləş üzrə “Zaqreb Open” turnirinə start verilib.
fAzərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yarışın ilk günündə Azərbaycanın 7 sərbəst güləşçisi xalça üzərinə çıxıb.
İslam Bazarqanov (57 kiloqram) ilk mərhələdə çinli Veiyu Liyə (6:1) qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Roberti Dinqaşviliyə minimal fərqlə məğlub olub - 4:5
61 kiloqram çəki dərəcəsində Əliabbas Rzazadə 1/4 finalda Maykl Makqiyə (5:4), Nürəddin Novruzov isə gürcüstanlı Giorgi Qoniaşviliyə (10:6) qalib gəlib. Yarımfinalda Rzazadə monqolustanlı Bexbayar Erdenebata (0:5), Novruzov isə ukraynalı Andrey Celepə (8:10) məğlub olub. Hər iki Azərbaycan güləşçisi bürünc medal uğrunda güləşəcək.
Zirəddin Bayramov (65 kiloqram) təsnifat mərhələsində italiyalı Kolin Realbutoya (7:2) qalib gəlsə də, 1/8 finalda amerikalı Jozef Makennaya uduzub – 0:11.
Cəbrayıl Qadjiyev (74 kiloqram) rumıniyalı Kriştian Biro (6:2), türkiyəli Yakup Gör (4:3) və amerikalı Kuinsi Mandi (5:4) üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında iranlı Hüseyn Abuzaripaşkolayiyə 3:10 hesabı ilə uduzan C.Qadjıyev bürünc medal uğrunda güləşəcək.
86 kiloqramda Arseni Djioyev macarıstanlı Vida Çaba (10:0) və türkiyəli Osman Göçeni (10:6) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda bolqarıstanlı Maqomed Ramazanova məğlub olub – 1:5. Təsəlliverici görüşdə amerikalı Maksvel Dini 8:3 hesabı ilə üstələyən Djioyev bürünc medal uğrunda güləşəcək. Bu çəkidəki digər təmsilçimiz Osman Nurmaqomedov 1/8 finalda amerikalı Çandler Marstellerə uduzub – 1:3.
Qeyd edək ki, yanvarın 14-dək davam edəcək “Zaqreb Open” turnirində Azərbaycanı ümumilikdə 26 güləşçi təmsil edir.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...