Azərbaycanın 2 boksçusu beynəlxalq turnirdə finala vəsiqə qazanıb
Macarıstanda Eqer şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub.
Fhnews.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, finala gedən yolda Azərbaycan millisinin 2 idmançısı da mübarizə aparıb.
Altımış kiloqramda Tağı Nəsibov yerli Daniel Frankla qarşılaşıb. Hər 3 raundu xeyrinə bitirən boksçu 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə qələbə qazanaraq finala yüksəlib. O, həlledici görüşdə özbəkistanlı Abdulaziz Jurakulovla üz-üzə gələcək.
Yetmiş bir kiloqramda Abbasqulu Şadlinski də komanda yoldaşının uğurunu təkrarlayıb. O, yarımfinalda Rastislav Aniskodan (Slovakiya) güclü olub – 5:0 (29:27, 29:28, 29:28, 29:28, 29:28). Şadlinski finalda Arpad Jamborla (Macarıstan) qarşılaşacaq.
Qeyd edək ki, finallar bu gün keçiriləcək.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...