2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Azərbaycanın 15 rayonunda Sosial Reabilitasiya Mərkəzləri fəaliyyət göstərir

24-06-2024
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əlilliyi olan uşaqlarla bağlı layihəsi çərçivəsində 15 rayonda Sosial Reabilitasiya Mərkəzləri fəaliyyətə başlayıb.

Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Agentliyin sosial sifarişləri əsasında Sabirabad, Zərdab, İmişli, Ağcabədi, Şamaxı, Tərtər, Ağstafa, Qobustan, Balakən, Masallı, Daşkəsən, Bərdə, Yevlax, Saatlı, Göygöl rayonlarında yaradılan həmin mərkəzlərdə 18 yaşınadək əlilliyi müəyyənləşdirilmiş şəxslərə sosial reabilitasiya xidmətləri göstərilir.

Həmin uşaqlar və ailələri Sosial Reabilitasiya Mərkəzlərində sosial-psixoloji, abilitasiya, ailəyə dəstək və maarifləndirmə xidmətlərindən yararlanırlar.

Layihənin məqsədi əlilliyi olan uşaqların sosial reabilitasiya xidmətləri ilə əhatə edilərək, onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir. Layihə çərçivəsində əlilliyi olan 750 uşağa xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Paylaş: