2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Azərbaycanda yeni sınaq laboratoriyalarının yaradılması müzakirə olunub

05-12-2024
IMG

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planında nəzərdə tutulmuş texniki tənzimləmə sahəsində laboratoriyaların diaqnostik qiymətləndirilməsinin nəticələrinə dair növbəti görüş keçirilib.

Dövlət Xidmətindən bildirilib ki, görüşdə texniki tənzimləmə sahəsində laboratoriyalar şəbəkəsinin optimallaşdırılması, müasir tələblərə cavab verən yeni sınaq laboratoriyalarının yaradılması və onların maddi texniki təchizatının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

Tədbirdə bir sıra dövlət qurumlarının, o cümlədən uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya edilmiş müstəqil sınaq laboratoriyalarının 100-dən çox nümayəndəsi iştirak edib.

Paylaş: