Azərbaycanda yay istirahətini planlaşdıran rusiyalıların sayı artıb
Yay fəslində Azərbaycanda istirahət etmək istəyən rusiyalıların sayı 79 faiz artıb.
Fhnews.az xəbər verir ki, bu barədə “Ostravok.ru” onlayn bron servisi məlumat verib.
Rusiyalı turistlər getdikcə daha tez-tez Azərbaycanda yay tətillərini əvvəlcədən sifariş edirlər. Bu il erkən rezervasiyaların sayı 79 faiz artıb. Azərbaycan Rusiya vətəndaşlarının yay tətilini keçirməyi planlaşdırdığı ilk 6 ölkə sırasındadır.
Qeyd edək ki, bu il Azərbaycan ilkin rezervasiyaların sayına görə, Ermənistan, Qazaxıstan və Fransanı geridə qoyub.
Türkiyənin müdafiə nazirinin rəhbərlik...
Mədəniyyət Nazirliyinin sistemindəki...
Heydər Əliyev Mərkəzində "Qəlbim...
Azərbaycan Bolonya Beynəlxalq Uşaq Kitab...
Bu gün Ümumdünya Gülüş Günüdür...