Azərbaycanda idmanın inkişafındakı xidmətlərinə görə bir qrup şəxs təltif edilib - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə bir qrup idmançının və idman mütəxəssisinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Fhnews.az xəbər verir ki, Sərəncama əsasən, dörd nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, on nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib.
Eyni zamanda, Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə iki nəfərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı, üç nəfərə isə Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...