Azərbaycan xizəkçisi İspaniya Kubokunda 4-cü yeri tutub
Azərbaycanın xizək alpinizmi üzrə milli komandası İspaniya Kubokunda iştirak edib.
Fhnews.az xəbər verir ki, Qış İdman Növləri Federasiyasından verilən məlumata görə, idmançılar vertikal növündə öz güclərini sınayıblar.
Yarışda yığma üzvü Nəbiyulla Qalabağıyev 30-a yaxın iştirakçı arasında 4-cü yeri tutub.
Qeyd edək ki, Nəbiyulla Qalabağıyev daha əvvəl Fransanın Flaine bölgəsində təşkil edilən Avropa çempionatında eyni növdə 23-cü olub.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...