Azərbaycan və Qazaxıstan kvazi-dövlət sektorunda auditin keçirilməsi üzrə təcrübə mübadiləsi aparıb
Azərbaycan Hesablama Palatası və Qazaxıstanın Ali Auditor Palatası arasında kvazi-dövlət sektorunda səmərəlilik auditinin aparılması üzrə təcrübə mübadiləsi məqsədilə onlayn seminar keçirilib.
Fhnews.az Hesablama Palatasının yaydığı məlumata istinadla xəbər verir ki, seminarda kvazi-dövlət sektorunun auditlərinin planlaşdırılması, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi mərhələlərində istinad olunan sənədlər və hüquqi aktlar barədə məlumat verilib.
Tədbir çərçivəsində Hesablama Palatasının nümayəndələri dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsinin aparılması barədə geniş məlumat verib, qazaxıstanlı həmkarlarının suallarını cavablandırıblar. Öz növbəsində həmkar Ali Auditor Orqanları (AAO) əməkdaşları dövlət müəssisəsi və onun törəmə müəssisələrində aktivlərin idarə edilməsinin effektivliyinin auditi nümunəsindən bəhs edərək öz metodoloji alətlərini və bu cür auditlərin aparılmasına dair yanaşmalarını təqdim ediblər.
Daha sonra tərəflər qarşılaşdıqları çətinlikləri, onların həlli yollarını müzakirə ediblər. Bildirilib ki, bu müzakirələr gələcək fəaliyyət üçün mühüm rol oynayır və bu sahədə tərəflər arasında əməkdaşlığın genişlənməsinə xidmət edir.
Qeyd olunub ki, tədbir 2024-2026-cı illər ərzində Qazaxıstanla Azərbaycan arasında dövlətlərarası kompleks inkişaf proqramlarının icrası çərçivəsində keçirilib.
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...
Bayram günlərində qatarlarla daşınan...
“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu...
Bayram günlərində bölgələrə və əks...