Azərbaycan və Pakistan hökumətləri arasında elmi və texnoloji əməkdaşlıq haqqında Saziş təsdiq edilib FƏRMAN
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında elmi və texnoloji əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fhnews.az xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Pakistan İslam Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Xatırladaq ki, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında elmi və texnoloji əməkdaşlıq haqqında Saziş” 2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...