Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi üzrə danışıqları davam etdirməklə bağlı razılığa gəliblər
Oktyabrın 18-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında İstanbulda "3+3" regional məşvərət platforması çərçivəsində görüş keçirilib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş ilə bağlı danışıqları davam etdirib, ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər.
Tərəflər Türkiyənin qonaqpərvərliyini təqdir ediblər.
Almaniya Prezidenti Frank-Valter...
Azərbaycan-Avropa İttifaqı...
Ceyhun Bayramov İran Prezidentinin...
Azərbaycanın təşəbbüsü ilə BMT-də mina...
Azərbaycan ilə İran arasında ikitərəfli...