Azərbaycan V Dünya Köçəri Oyunlarında 54 idmançı ilə təmsil olunacaq
Sentyabrın 8-dən 13-dək Qazaxıstanın Astana şəhərində V Dünya Köçəri Oyunları keçiriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yarışlarda Azərbaycan 8 növ - qazaq güləşi, manqala, aba, koreş, mas-reslinq, kuraş, alış, ənənəvi oxatma üzrə 54 idmançı ilə təmsil olunacaq. Azərbaycan nümayəndə heyəti və idmançılar bu məqsədlə sözügedən ölkəyə yola düşüblər.
Qeyd edək ki, Dünya Köçəri Oyunlarında 89 ölkədən 3 minə yaxın idmançı iştirak edəcək. Turnirdə 21 növ üzrə 97 dəst medal öz sahibini tapacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...