Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə bürünc medal qazanıb
Azərbaycan taekvondoçusu Vasif Səlimov Cənubi Koreyanın Çunçeon şəhərində keçirilən gənclərin dünya birinciliyində uğurla çıxış edib.
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, 63 kiloqram çəkidə mübarizə aparan təmsilçimiz yarışda bürünc medal qazanıb.
V.Səlimov Qırğızıstan, Vyetnam, Tayvan və Tailanddan olan rəqiblərinə qalib gəlsə də, bolqarıstanlı idmançıya məğlub olaraq 3-cü yeri tutub.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...