Azərbaycan taekvondoçuları beynəlxalq turnirin ilk günündə iki medal qazanıblar
Bosniya və Herseqovinanın Sarayevo şəhərində taekvondo üzrə “Bosnia Open” beynəlxalq turnirinə start verilib.
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi gənclər arasında 5 idmançı təmsil edib. Millinin üzvlərindən Vasif Səlimov (6️8 kiloqram) bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüb. 7️8 kiloqram çəki dərəcəsində mübarizə aparan Elcan Əliyev isə bürünc mükafat əldə edib.
Qeyd edək ki, bu gün yarışda böyük yaşlı idmançılar mübarizəyə qoşulacaqlar.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...