2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Azərbaycan Somali ilə əməkdaşlıq imkanları müzakirə edib

27-02-2025
IMG

İqtisadiyyat nazirinin müavini Anar Axundov Somalinin neft və mineral sərvətlər naziri Dahir Shire Mohamed ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə ikitərəfli iqtisadi əlaqələrin təşviqi və enerji sahəsində potensial tərəfdaşlıq imkanları müzakirə olunub.

Tərəflər iki ölkə arasında qarşılıqlı faydalı iqtisadi əlaqələrin inkişafına dəstək məqsədilə təmasların davam etdirilməsinin, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıblar.

Paylaş: