Azərbaycan-Somali hərbi əməkdaşlığına dair müzakirələr aparılıb
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı şəhərində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Somali Respublikasının müdafiə naziri Abdulkadir Məhəmməd Nur ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ölkələrimiz arasında bütün istiqamətlərdə, xüsusilə də hərbi sahədə əməkdaşlığın geniş imkan və perspektivlərinin olduğu qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Ordusunun mövqeləri müxtəlif...
MN: Ermənistan silahlı təxribatlarını...
Azərbaycan Ordusunda 31 Mart -...
MN: Ermənistan tərəfinin təxribatçı...
Ermənistan silahlı qüvvələri növbəti...