Azərbaycan sambo millisi 8 ildən sonra Avropa çempionatında qızıl medal qazanıb
Sambo üzrə Azərbaycan millisi Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatını 3 medalla tamamlayıb.
Azərbaycan Sambo Federasiyasından verilən məlumata görə, yığma qitə yarışında 1 qızıl və 2 bürünc medala qazanıb.
2022-ci il dünya çempionatının mükafatçısı Elvin Bağırov (64 kiloqram) finalda Narek Dallakyana (Ermənistan) 5:0 hesabı ilə qalib gələrək ilk dəfə böyüklərdə Avropa çempionu olub. Sonuncu dəfə böyüklər arasında Avropa çempionu ünvanına 8 il öncə Amil Qasımov çıxmışdı. O, 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən yarışda qitənin ən güclüsü olmuşdu.
Həmçinin Rəsul Aydəmirov (98 kiloqram) və Nicat Məmmədli (58 kiloqram) 3-cülük uğrunda görüşdə qalib gələrək bürünc medal əldə edib.
Qeyd edək ki, yarış mayın 11-12-də gənclər və yeniyetmələrin Avropa çempionatı ilə davam edəcək.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...