Azərbaycan şahmatçısı beynəlxalq turnirdə liderlər sırasında qərarlaşıb
Azərbaycanın 2 şahmatçısı Serbiyada təşkil olunan "Belqrad Open" turnirində iştirak edir.
Fhnews.az xəbər verir ki, 6 turdan sonra Eltac Səfərli liderlər qrupunda qərarlaşıb. Aktivində 5 xalı olan 32 yaşlı qrosmeyster 1-5-ci yerləri bölüşdürür.
Fərid Orucov isə 3 xalla 72-ci sırada yer alıb.
Qeyd edək ki, mükafat fondu 30 000 avro olan beynəlxalq turnirə iyulun 21-də yekun vurulacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...