Azərbaycan şahmatçısı ABŞ-dəki turnirin qalibi olub
Azərbaycan şahmatçısı Vasif Durarbəyli ABŞ-də keçirilən "Las Vegas International" turnirinin qalibi olub.
Fhnews.az xəbər verir ki, 32 yaşlı qrossmeyster bu barədə feysbuk hesabında paylaşım edib.
V.Durarbəyli 9 oyunda 7,5 xal toplamaqla birinci olub.
O, ötən il eyni yarışda birinciliyi bölüşdürdüyünü xatırladıb və həmin vaxt keyfiyyətin onu qane etmədiyini vurğulayıb: "Bu dəfə həm nəticə, həm də oyunların keyfiyyəti məni sevindirdi".
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...