2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

26-02-2025
IMG

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 28 fevral 2025-ci il tarixdə Lənkəran şəhərində, Nazirliyin Cənub Regional Mərkəzinin binasında saat 10:00-dan Lənkəran və Astara rayonları sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 27 fevral 2025-ci il tarixdə Nazirliyin Cənub Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaqdır.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

Paylaş: