Azərbaycan qılıncoynadanları beynəlxalq turnirdə 2 medal qazanıblar
Azərbaycan qılıncoynadanları Türkiyənin Konya şəhərində keçirilən şpaqa növü üzrə gənclərin açıq turnirində qızıl və bürünc medal qazanıblar.
Azərbaycan Qılıncoynatma Federasiyasından verilən məlumata görə, Xədicə Həsənli qızların şəxsi yarışında 100-dən çox iştirakçı arasında bütün görüşlərini qalib başa vuraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Daha bir təmsilçimiz Mirxətai Məmmədov isə oğlanların şəxsi mübarizəsində mükafatçılar sırasında yer alıb. Yarımfinala kimi irəliləyən şpaqaçı finalın bir addımlığında uduzaraq, bürünc medala layiq görülüb.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...