Azərbaycan Paris Paralimpiadasına daha bir lisenziya qazanıb
Azərbaycan “Paris-2024” Yay Paralimpiya Oyunlarına daha bir lisenziya qazanıb.
Fhnews.az xəbər verir ki, Milli Paralimpiya Komitəsinin (MPK) mətbuat xidmətindən verilən məlumata görə, paraatletika üzrə Azərbaycan millisinin üzvü Rüfət Rəfiyev Oyunlarda iştirak edəcək.
MPK tərəfindən göndərilən sorğu əsasında idmançımıza Beynəlxalq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ ("bipartite") verilib. O, nüvə itələmə növündə qüvvəsini sınayacaq.
Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...