Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
Azərbaycan parakarateçiləri Xorvatiyanın Zadar şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, mayın 8-12-də təşkil olunacaq turnirdə Azərbaycan 5 idmançı ilə təmsil olunacaq.
Kişilərin mübarizəsində Nihat Məmmədzadə, Eldar Əhmədov və Vidadi Xalıqov qüvvəsini sınayacaq. Qadınlarda isə Emiliya Mitlinova ilə Ariana Mitlinova bacarığını nümayiş etdirəcək.
Komanda yarışa məşqçi Renad Əliyevin rəhbərliyi altında çıxacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...