Azərbaycan parabadmintonçusu Uqandada 2 gümüş medal qazanıb
Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Uqandanın paytaxtı Kampalada keçirilən beynəlxalq turnirdə 2 kateqoriya üzrə gümüş medal qazanıb.
Fhnews.az xəbər verir ki, Azərbaycan Badminton Federasiyasından verilən məlumata görə, dünya reytinqində 14-cü olan, Avropada isə "top-5"də qərarlaşan idmançı kişi parabadmintonçuların şəxsi yarışında A qrupunu lider kimi başa vuraraq uğurlu çıxışının davamını pley-offda da gətirib.
1/4 və yarımfinal görüşlərində də qələbə qazanan İ.Əliyev finalda hindistanlı Jatin Azada 0:2 (14:21,16:21) hesabı ilə uduzub. Parabadmintonçumuz kişilərin qoşa yarışında da qızıl medalın bir addımlığında məğlub olub.
Qrupda 2 qələbə qazanaraq yarımfinala yüksələn İbrahim Əliyev - Karan Paneer (Hindistan) cütlüyü burada 3 setin yekununda Hindistan təmsilçilərinə qalib gələrək finala yüksəlib. Həlledici qarşılaşmada Jatin Azad-Abhijeet Sakhuja (Hindistan) tandemi ilə baş tutan görüş də gərgin mübarizə şəraitində keçib - 17:21, 21:18, 10:21.
Qeyd edək ki, İ.Əliyev Dünya Badminton Federasiyasının illik təqvimində yer alan "Uganda Para Badminton International" turnirində ardıcıl üçüncü il mükafatçılar sırasında yer almağı bacarıb. 2022 və 2023-cü illərdə fərdi yarışda bürünc, qoşa yarışda isə gümüş medal qazanıb.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...