Azərbaycan Ordusunun hərbi qulluqçusu paraşüt təlimi zamanı həlak olub
“Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Əhmədov Sənan Nürəddin oğlunun iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik”.
Fhnews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!
Azərbaycan Ordusunun mövqeləri müxtəlif...
MN: Ermənistan silahlı təxribatlarını...
Azərbaycan Ordusunda 31 Mart -...
MN: Ermənistan tərəfinin təxribatçı...
Ermənistan silahlı qüvvələri növbəti...