Azərbaycan millisi Paris Olimpiadasında mübarizəyə başlayır
Azərbaycan komandası bu gün “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Fhnews.az xəbər verir ki, Olimpiadanın ikinci günündə baş tutacaq startda kamandan oxatma üzrə yığmanın üzvü Yaylagül Ramazanova qüvvəsini sınayacaq. O, sıralama turunda hədəfi dəqiq nişan almağa çalışacaq.
Qadınların yarışı Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi Fransa paytaxtında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...