Azərbaycan millisi “Technoxian-2024” beynəlxalq robot çempionatında birinci yeri tutub
Robotexnika üzrə Azərbaycan milli komandası Hindistanın Yeni Dehli şəhərində gənclər və yeniyetmələr arasında keçirilən "Technoxian-2024” beynəlxalq robot çempionatının finalında ən yüksək nəticəni göstərərək dünya çempionu olub.
Fhnews.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Ümumilikdə 8 komanda ilə mübarizə aparan milli komandamız “RC Craft” kateqoriyası üzrə 1 qızıl, ”FPV Drone” və “Drone Soccer” kateqoriyaları üzrə isə 2 bürünc medalın sahibi olub. Ümumi ölkə sıralamasına görə Azərbaycan ən yüksək nəticə ilə dünya miqyasında birinci yeri tutub.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...