Azərbaycan millisi çövkən üzrə dünya çempionatının finalına yüksəlib
Bakıda keçirilən çövkən üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub.
Fhnews.az xəbər verir ki, A qrupundakı son oyununda Özbəkistan yığması ilə qarşılaşan Azərbaycan millisi rəqibini 7 cavabsız qolla məğlub edib. Komandamız bu nəticə ilə qrupu lider kimi başa vurub və finala vəsiqə qazanıb.
Azərbaycan millisi həlledici görüşdə Mərakeş seçməsi ilə üz-üzə gələcək.
Üçüncü yer uğrunda matçda isə Özbəkistan və Nigeriya kollektivləri münasibətlərinə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, hər iki qarşılaşma iyunun 16-da olacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...