Azərbaycan “Paris-2024”ə daha bir lisenziya qazanıb
Azərbaycan “Paris-2024” Yay Paralimpiya Oyunlarına daha bir lisenziya qazanıb.
Fhnews.az xəbər verir ki, Milli Paralimpiya Komitəsindən (MPK) verilən məlumata görə, parakamandan oxatma üzrə milli komandamızın üzvü Cahan Musayev Oyunlarda iştirak edəcək.
MPK tərəfindən Beynəlxalq Paralimpiya Komitəsinə göndərilən sorğu əsasında idmançıya nüfuzlu yarışda iştirak hüququ ("bipartite") verilib.
Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...